DÜNYA


Yaponiyanın “Yamazaki” viskisinin bir şüşəsi ABŞ-da keçirilən hərraclarda 600 min dollara satılıb

Tokio, 18 iyun, AZƏRTAC

Yaponiyanın “Suntory Spirits” şirkətinin istehsalı olan 55 il saxlama müddətli “Yamazaki” viskisinin bir şüşəsi ABŞ-da keçirilən hərraclarda 81 milyon yenə (600 min dollara) satılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 18-də “Sotheby's” hərrac evi məlumat yayıb.

Bildirilir ki, həmin viski bir neçə viski növünün istehsal edildiyi səmənilərin birləşməsindən hazırlanıb. Lotun təsvirində qeyd edilir ki, bu şüşə Yaponiya tarixində ən qiymətli viskidir. Satış qiymətinin gözləntiləri azı 100 min dollar ötdüyü vurğulanır.

Pandemiya ərəfəsində Yaponiyada müşahidə edilən turizm bumu fonunda bütün dünyada yapon viskisinə böyük maraq yarandığı qeyd edilir. Nəticədə yerli şirkətlər viski istehsalını artırsalar da, bir çox tanınmış viski növünün piştaxtaya çatmadan satıldığı müşahidə edilirdi.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.