DÜNYA


Yaponiyanın hava məkanında da “Boeing 737 MAX” təyyarələrinin uçuşuna qadağa qoyulub

Tokio, 15 mart, AZƏRTAC

Yaponiyanın hava məkanında da “Boeing 737 MAX” təyyarələrinin uçuşuna müvəqqəti qadağa qoyulub.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə qərar ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing 737-8 MAX” və “Boeing 737-9 MAX” təyyarələrinin uçuşunu dayandırdıqdan sonra qəbul edilib. Bildirilir ki, hazırda Yaponiya aviaşirkətləri bu tip təyyarələrdən istifadə etmir.

Yaponiya Nəqliyyat Nazirliyi ölkənin hava məkanında bu tip təyyarələrin hamısının uçuşunu qadağan edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.