DÜNYA
Yaponiyanın iki neft şirkəti birləşərək yeni holdinq yaratmaq barədə razılığa gəliblər
Tokio, 1 sentyabr, AZƏRTAC
Yaponiyanın neftin topdan satışı üzrə ən böyük “JX Holdings” şirkətinin və bu sahədə üçüncü yeri tutan “Tonen General Sekiyu” şirkətinin rəhbərliyi öz bizneslərini birləşdirmək barədə razılığa gəliblər.
Onlar gələn ilin aprelində, Yaponiya Ədalətli Ticarət Komissiyasının yoxlamasından sonra yeni holdinq yaradacaqlarını bildiriblər.
Yeni rəhbərlik qarşıdakı bir neçə il ərzində işçilərin sayını azaldacaq və bir neçə nefttəmizləmə müəssisəsinin işini səmərələşdirəcək.
Əldə edilən razılaşmaya əsasən, “JX Holdings”in prezidenti Yukio Uçida yeni yaranmış “JXTG Holdings”in rəhbəri olacaq.
Y.Uçidanın sözlərinə görə, o, qlobal rəqabətədavamlı qrup yaratmağa və onun əhəmiyyətini maksimum artırmağa çalışacaq.
Yaponiyanın neft emalı sahəsi son illər əhalinin sayının azalması nəticəsində yanacaqdan daha səmərəli istifadə edən avtomobillərə tələbatın aşağı düşməsi ilə qarşılaşıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio