DÜNYA


Yaponiyanın iki nəhəng neft emalı şirkəti birləşəcək

Tokio, 11 iyul, AZƏRTAC

Yaponiyanın iki nəhəng neft emalı şirkəti “Idemitsu Kosan” və “Showa Shell Sekiyu” birləşmə barədə razılığa gəliblər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, iki şirkət arasında üç ildən çoxdur davam edən danışıqlar, nəhayət, müsbət nəticə verib və onlar gələn ilin aprelində birləşmək qərarına gəliblər.

Danışıqların uzanmasına səbəb kimi “Idemitsu” şirkətinin əsasını qoymuş ailənin bu birləşməyə qarşı olması göstərilir.

Əldə edilən razılaşmaya görə, “Showa Shell” şirkəti səhmlərin mübadiləsi müqabilində “Idemitsu” şirkətinin filialına çevriləcək.

Xatırladaq ki, həmin şirkətlər ilk dəfə 2015-ci ildə birləşmək niyyətində olduqlarını bildirmişdilər. Lakin həmin vaxt səhmlərin əksəriyyətinə malik olan İdemitsu ailəsi bu addımın qarşısını almışdı.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.