DÜNYA


Yaponiyanın mərkəzi hissəsində 4,6 bal gücündə zəlzələ olub

Tokio, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Yaponiyanın mərkəzi hissəsində 4,6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi ilə əlaqədar xəbərdarlıq elan edilsə də, bir neçə dəqiqədən sonra ləğv edilib.

Yeraltı təkanlar paytaxt Tokio da daxil olmaqla Yaponiyanın mərkəzi hissəsində yerləşən İbaraki və Çiba prefekturalarında hiss olunub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.