DÜNYA
Yaponiyanın mərkəzi hissəsində 5,4 bal gücündə zəlzələ olub
Tokio, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da günorta saatlarında Yaponiyanın Mərkəzi hissəsində 5,4 bal gücündə zəlzələ baş verib. Sunami təhlükəsi elan olunmayıb.
Milli Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 11:48-də Vakayama prefekturasında qeydə alınıb. Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar 23 prefekturada hiss olunub. Daha güclü təkanlar Osaka, Vakayama, Mie, Kioto, Nara və Siqa prefekturalarında qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Regionda yerləşən atom elektrik stansiyasının işində də fasilə qeydə alınmayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]