DÜNYA
Yaponiyanın mərkəzində 5 bal gücündə zəlzələ olub
Tokio, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Yaponiyanın mərkəzi hissəsində 5 bal gücündə zəlzələ olub.
AZƏRTAC Yaponiya Milli Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 50 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilsə də bir neçə dəqiqədən sonra ləğv olunub. Yeraltı təkanlar ölkənin mərkəzində və şimal-şərq hissəsində, o cümlədən Çiba, İbaraki prefekturalarında və paytaxt regionunda hiss olunub. Zəlzələ atom enerjisi obyektlərində problem yaratmayıb. Lakin elektrik enerjisinin verilişi kəsildiyinə görə, sürətli “Şinkansen” qatarlarının iki xəttində hərəkət müvəqqəti olaraq dayanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]