DÜNYA


Yaponiyanın müxalifət partiyaları parlamentin sessiyasının tezliklə keçirilməsinə çağırırlar

Tokio, 4 oktyabr, AZƏRTAC 

Yaponiyanın müxalifət partiyaları parlamentin sessiyasının tezliklə çağırılmasını tələb etmək barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, məqsəd son günlər baş verən təbii fəlakətlərin - zəlzələ və tufanların nəticələrinin tezliklə aradan qaldırılması ilə əlaqədar məsələləri müzakirə etməkdir.

Eyni zamanda, onlar Baş nazir Şinzo Abenin parlamentin büdcə komitəsinə dəvət edilməsini və burada bərpa işləri ilə əlaqədar bütün məsələlərin xırdalıqlarına qədər müzakirə edilməsini təklif edirlər.

Konstitusiyalı Demokratlar Partiyasının parlament işləri üzrə komitəsinin sədri Kiyomi Tsuzimoto jurnalistlərə bildirib ki, o, hökumətin yeni üzvlərinin kifayət qədər səriştəli olmasına şübhə ilə yanaşır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.