DÜNYA


Yaponiyanın neft dilerləri İran neftinin ixracına qoyulan qadağanın ləğvinə reaksiya veriblər

Tokio, 5 noyabr, AZERTAC 

Yaponiyanın neft dilerləri ABŞ-ın Yaponiyanı və digər yeddi ölkəni İrandan neft ixracına tətbiq etdiyi sanksiyadan azad etməsi barədə xəbəri alqışlayıblar.

AZƏRTAC xəbər verir ki, bu ölkələr oktyabrda ABŞ-ın rəsmi Tehrana qarşı iqtisadi sanksiyaları bərpa etdikdən sonra İrandan neft ixracını dayandırıblar. Dilerlər bildiriblər ki, qadağanın aradan qaldırılması ilə bağlı şərtləri araşdırdıqdan sonra İrandan neft ixracının bərpası barədə qərar qəbul edəcəklər.

Xatırladaq ki, ötən il Yaponiya neftə olan tələbatının 5,5 faizini İranın hesabına ödəyib. ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi ərəfəsində xam neftin qiyməti qalxıb.

Yaponiyanın yanacaqdoldurma məntəqələrində benzinin orta satış qiyməti əvvəlki illə müqayisədə 20 faiz artıb. Ötən ay bir litr benzinin qiyməti 160 yen və ya 1 dollar 40 sentə bərabər olub ki, bu da son 4 ilin ən yüksək qiymətidir.

Mütəxəssislərin sözlərinə görə, İran neftinin ixracına qoyulan qadağanın aradan qaldırılması, tələblə təklif arasındakı fərqi azaldaraq, xam neftin qlobal qiymətini aşağı salacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.