REGİONLAR


Yaponiyanın ölkəmizdəki səfiri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumatlandırılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Yaponiyanın Azərbaycandakı səfiri Çuniçi Vada və səfirliyin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında olublar.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfirlik əməkdaşlarına sənaye parklarının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, ölkəmizdə yaradılan sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, tətbiq edilən güzəştlər barədə məlumat verilib.

Görüşdə, həmçinin Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti barədə təqdimat keçirilib.

Sonda Yaponiya səfirliyinin nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlər, parkın rezidenti “Azertexnolayn” MMC-nin Polad Boru Zavodunda istehsal prosesi ilə tanış olub.

Qeyd edək ki, “Azertexnolayn” MMC-nin müəssisələrində bir çox qabaqcıl ölkələrin, o cümlədən Yaponiyanın texnologiyalarından istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.