CƏMİYYƏT


Yaponiyanın ölkəmizdəki səfirliyinin yeni nəşri işıq üzü görüb

Bakı, 26 aprel, AZƏRTAC

Yaponiyanın Azərbaycandakı səfirliyinin yeni nəşri “Sizin Yaponiya” jurnalı işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a Yaponiyanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirlik hər il iki ölkə münasibətlərinə həsr olunan “Yaponiya-Azərbaycan münasibətləri” jurnalını nəşr etdirir. Builki jurnalda əsasən 2020-ci ildə və bu ilin əvvəllərində baş vermiş hadisələr, ümumilikdə Yaponiyada müxtəlif sahələr barədə məlumatlar yer alıb.

Jurnalın ilk səhifəsində ötən ilin avqustundan Azərbaycanda səfir kimi fəaliyyətə başlayan Vada Cüniçinin müraciəti oxuculara təqdim olunub.

Sonra 2020-ci ildə Yaponiya üçün böyük əhəmiyyət kəsb edən Böyük Şərqi Yapon zəlzələsinin 10-cu ildönümü haqqında məlumat əksini tapıb.

Həmçinin bildirilir ki, 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü “Yaponiya-Azərbaycan Dostluq İli” kimi qeyd olunacaq. Jurnalda “Dostluq İli” üzrə hazırlıqlara da yer ayrılıb.

Bundan əlavə, Yaponiyadan Azərbaycana iqtisadi yardım, “Gündoğar ölkə”də təhsil proqramları barədə məlumatlar, həmin proqramlar üzrə təhsil təcrübəsi olan insanların qısa müsahibələri də jurnalda dərc edilib.

Oxucular, həmçinin Yaponiya səfirinin aşpazının hazırladığı yapon mətbəxi nümunələri ilə də tanış ola, müasir yapon mədəniyyəti nümunəsi olan “Cosplay” haqqında məlumat ala biləcəklər.

Jurnalın elektron formasına baxmaq üçün linkə daxil olmağınız xahiş olunur: https://www.az.emb-japan.go.jp/files/100178195.pdf 

Nəşrin son səhifəsində göstərilən bu linkə daxil olaraq jurnal haqqında anket sorğusunda iştirak etmək xahiş edilir https://www.surveymonkey.com/r/6S6688G .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.