DÜNYA


Yaponiyanın qərbində daşqınlar nəticəsində həlak olanların sayı 216-ya çatıb

Tokio, 15 iyul, AZƏRTAC

Yaponiyanın qərbində leysan yağışları səbəbindən yaranan daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 216-ya çatıb. Bundan başqa, daha 27 nəfərin itkin düşdüyü bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi ölkənin Baş Polis İdarəsinə istinadla məlumat yayıb.

Həlak olanların 106-sı Hiroşima, 60-ı Okayama və 26-sı isə Ehime prefekturalarında yaşayan sakinlər olub. NHK telekanalı üç nəfərin huşsuz vəziyyətdə olduğu barədə məlumat yayıb.

Xatırladaq ki, ötən həftənin sonlarında Yaponiyanın cənub-qərbinə və mərkəzi hissəsinə yağan aramsız yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Bəzi yerlərdə çayların daşması nəticəsində böyük torpaq sahələri su altında qalıb.

Daşqınlardan zərər çəkən rayonlarda torpaq sürüşməsi təhlükəsi qalmaqdadır. Havanın temperaturunun yuxarı olması (təqribən müsbət 35 dərəcə) vəziyyəti daha da ağırlaşdırır. Təqribən 200 min təsərrüfatın susuz qaldığı bildirilir. Hazırda 5 mindən çox insan təxliyə mərkəzlərində yerləşdirilib. Fəlakət zonasında 6 minə yaxın könüllü çalışır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.