DÜNYA


Yaponiyanın qərbində səmada odlu dairə müşahidə olunub

Tokio, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da gecə saatlarında səmada, Yaponiyanın qərbində yerləşən geniş ərazi üzərində odlu dairə müşahidə olunub.

AZƏRTAC xəbər verir ki, NHK telekanalının kameraları yerli vaxtla gecə saat 1:34 dəqiqədə Mie, Aiçi prefekturalarında və digər yerlərdə odlu dairə qeydə alıb. Həmin kadrlarda meteorun bir neçə saniyə ərzində Yerə necə yaxınlaşdığı və sonra əmələ gələn güclü işıq dairəsi aydın görünür.

Yaponiyanın Tokay, Kansay və Sikoku regionlarında yaşayan çoxlu sayda insan nadir hallarda müşahidə edilən bu maraqlı təbiət hadisəsini sosial şəbəkələrdə paylaşıb.

NHK telekanalının Ehime prefekturasının Matsuyama şəhərində yaşayan əməkdaşının bildirdiyinə görə işıqlanma o qədər güclü olub ki, onu qapalı pərdənin arxasından belə müşahidə etmək mümkün olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.