DÜNYA


Yaponiyanın qərbinə yağan güclü qar nəticəsində həlak olanlar var

Tokio, 13 yanvar, AZƏRTAC

Yaponiyanın qərbinə yağan güclü qar nəticəsində ən azı iki nəfər həlak olub, 16 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı yanvarın 13-də yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

İnsanların həlak olması ilə nəticələnən bədbəxt hadisələr Hönşü adasının qərbində yerləşən Fukui və İşikava prefekturalarında baş verib. Daha çox xəsarət alanlar isə İşikava prefekturasında qeydə alınıb. Həmin prefekturada 11 nəfərin xəsarət aldığı bildirilir.

Ölkənin bəzi rayonlarında qarın qalınlığı 80 santimetrə çatıb ki, bu da ictimai nəqliyyatın hərəkətində problemlər yaradıb. Hokkaydo adasında ali məktəblərə qəbul imtahanı verənləri imtahanların keçirildiyi binaya çatdırmaq üçün polisin imkanlarından istifadə edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.