DÜNYA


Yaponiyanın şərqində zəlzələ baş verib

Bakı, 22 aprel, AZƏRTAC

Sakit okeanda Yaponiya adalarından şərqdə 5,4 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Seysmoloqların məlumatına görə, yeraltı təkanlar Miyako şəhərindən 191 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat hələ ki daxil olmayıb. Sunami təhlükəsi yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.