DÜNYA


Yaponiyanın şimal-şərq sahillərində 5,9 bal gücündə zəlzələ olub

Tokio, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da yerli vaxtla saat 2:46 dəqiqədə Yaponiyanın şimal-şərq sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

AZƏRTC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri İvate prefekturasının Sakit okean sahillərində, ocağı 50 kilometr dərinlikdə yerləşib. Nəticədə üç nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı, lakin ciddi dağıntıların baş vermədiyi bildirilir. Sunami xəbərdarlığı elan edilməyib.

Zəlzələdən sonra tabeliyində Aomori və Miyaqi prefekturalarında iki atom elektrik stansiyası olan “Tohoku Electric Power Co.” şirkəti normadan yayınma hallarının baş vermədiyi barədə məlumat yayıb.

Güclü yeraltı təkanlarla əlaqədar mərkəzi hökumət Baş nazirin ofisi yanında informasiyanın toplanması və təhlili məqsədi ilə xüsusi qərargah yaradıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.