DÜNYA


Yaponiyanın şimal-şərq sahillərində 6,2 bal gücündə zəlzələ olub

Tokio, 25 iyun, AZƏRTAC

İyunun 25-də səhər saatlarında Tokionun yaxınlığında yerləşən Çiba prefekturasının şimal-şərq sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla saat 4:47 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Çiba prefekturasının şərqində, ocağı 30 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.