DÜNYA


Yaponiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ olub

Tokio, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Yaponiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib, lakin sunami xəbərdarlığı elan edilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Sakit okeanın Miyaqi prefekturası sahillərində, ocağının okeanın 40 kilometr dərinliyində yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Yeraltı təkanların paytaxt Tokio da daxil olmaqla Hönşü adasının şimal-şərqində yerləşən bir sıra prefekturalarda hiss olunduğu qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.