DÜNYA


Yaponiyanın şimal-şərqində 6,6 bal gücündə zəlzələ olub

Tokio, 1 may, AZƏRTAC

Mayın 1-də yerli vaxtla səhər saat 10:27 dəqiqədə Yaponiyanın Hönşü adasının şimal-şərqində 6,6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, güclü zəlzələnin episentri Miyaqi prefekturasının Sakit okean sahillərində, ocağı 61 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.

Güclü yeraltı təkanların paytaxt Tokio da daxil olmaqla, Aomori, Osaka, İvate və Fukuşima prefekturalarında hiss olunduğu bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.