DÜNYA


Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanlar var

Tokio, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar nəticəsində ərazidəki atom elektrik stansiyalarında anomaliyalar qeydə alınmayıb. Sunami xəbərdarlığı elan edilməyib.

Yerli vaxtla saat 23:08 dəqiqədə qeydə alınan zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 59 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, Miyaqi və Fukuşima prefekturalarında azı 20 nəfər xəsarət alıb.

Zəlzələdən dərhal sonra Baş nazirin ofisinin yanında xüsusi işçi qrup yaradılıb. Baş nazir Yoşihide Suqa şəxsən saat 23:28 dəqiqədə ofisə qayıdıb. Baş nazirin əlaqədar nazirliklərə zəlzələnin vurduğu ziyanın dəqiqləşdirilməsi, təcili xilasetmə işlərinə başlanması və ictimaiyyətə lazımi informasiyanın vaxtında çatdırılması barədə göstərişlər verdiyi bildirilir.

Nazirlər Kabinetinin baş katibi Katsunobu Katonun verdiyi məlumata görə, zəlzələdən sonra təqribən 950 min ev elektrik enerjisiz qalıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.