İDMAN


Yaponiyanın tanınmış caz ifaçısı yutub kanalında Olimpiadada Azərbaycan yığmasını dəstəkləməyə çağırıb VİDEO

Tokio, 24 iyul, AZƏRTAC

Yaponiyanın tanınmış caz ifaçısı Kyoko Yamamoto yutub kanalında izləyicilərini Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasını dəstəkləməyə çağırıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, K.Yamamotonun iyulun 23-də paylaşdığı video “Mən Azərbaycan komandasını dəstəkləyirəm! Sizi Tokio Olimpiya Oyunlarında fəal iştiraka çağırıram. Yaşa, yaşa, Azərbaycan!” sözləri ilə başlayır.

Bunun ardınca K.Yamamotonun rəhbərlik etdiyi qrupun ifasında Azərbaycanın Dövlət Himni ana dilimizdə səslənir. Fonda Azərbaycanın və paytaxt Bakının görməli yerləri, Qarabağ müharibəsində Azərbaycan xalqının sevincini əks etdirən məqamlar, ölkəmizi xaricdə ləyaqətlə təmsil edən nar və ondan hazırlanan şirələr, Nar bayramı barədə fotolar əks olunur. Videoda Azərbaycanın Dövlət Himninin mətni həm doğma dilimizdə, həm də yapon dilində titrlə təqdim edilib.

Bundan başqa, videoda K.Yamamotonun Yaponiyada yaşayan azərbaycanlı dostları ilə birlikdə fotoları da yer alıb. Video onun rəhbərlik etdiyi qrupun ifasında Yaponiyanın Dövlət Himninin səslənməsi ilə başa çatır.

Qeyd edək ki, Yaponiyada caz ifaçısı kimi tanınan K.Yamamoto repertuarında Azərbaycan mahnılarına xüsusi yer verir. Bununla yanaşı, o, Yaponiyada “Made in Azərbaycan” brendli məhsullarımızın geniş təbliğatçısıdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.