DÜNYA


Yaponiyanın turizm sənayesinə ilk üç ayda 1,3 milyard dollar ziyan dəyə bilər

Tokio, 15 fevral, AZƏRTAC

Yeni koronavirusun yayıldığı indiki şəraitdə Yaponiyaya Çindən gələn turistlərin sayı kəskin azalıb.

AZƏRTAC BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatına (IKAO) istinadla xəbər verir ki, bunun nəticəsində cari ilin ilk üç ayı ərzində Yaponiyanın turizm sənayesinə təqribən 1,3 milyard dollar ziyan dəyə bilər.

COVID-19 virusunun yayılması nəticəsində iqtisadiyyata dəyə biləcək zərər barədə IKAO-nun hesabatına görə, artıq 70 aviaşirkət Çini digər ölkələrlə əlaqələndirən beynəlxalq reysləri ləğv edib. Daha 50 aviaşirkət isə reyslərin sayını azaldıb.

Hesabatda qeyd edilir ki, COVID-19 virusunun yayılması çinli turistlərin bütün dünya ölkələrinə səyahətlərinin sayının kəskin azalmasına səbəb olub.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.