DÜNYA
Yaponiyanın xarici işlər naziri Banqladeşdəki müsəlman rohincalara maliyyə yardımı aparır
Tokio, 18 noyabr, AZƏRTAC
Yaponiyanın xarici işlər naziri Taro Kono Banqladeşə səfər edərək burada müvəqqəti yerləşən qaçqın müsəlman rohincalara maliyyə yardımı təklif edəcək.
Xarici işlər Nazirliyindən AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə verilən məlumata görə, səfər noyabrın 18-də başlanacaq.
Xatırladaq ki, avqustun sonlarında Myanmada hökumət qüvvələri ilə müsəlman rohincalar arasında baş verən toqquşmadan sonra etnik azlıq sayılan 600 mindən çox müsəlman rohinca Banqladeşə qaçıb.
Səfər çərçivəsində T.Kono banqladeşli həmkarı Abul Hassan Mahmud Əli ilə görüşəcək, Myanma ilə sərhəddə yerləşən qaçqın düşərgəsinə baş çəkəcək.
Məlumata görə, yapon diplomat qida məhsullarının və digər tələbat mallarının alınması üçün 18 milyon dollar təklif etməyi planlaşdırır. T.Kononun qaçqınların tezliklə evlərinə dönməsini tələb edəcəyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]