Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaponiyanın yutub kanalında Avropanın qaz tədarükündə Azərbaycanın rolu barədə veriliş yayımlanıb VİDEO

Tokio, 24 oktyabr, AZƏRTAC

Yaponiyanın “Cross Border Club 3.0” yutub kanalında Azərbaycanın Avropanın enerji təminatında rolu və Ermənistanın bu layihələrə mane olmaq məqsədilə fəallaşması barədə xüsusi veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Yaponiyada kifayət qədər tanınmış yutub blogeri Kazuyasu İşida Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol barədə yapon izləyicilərə ətraflı məlumat verib. “Azərbaycan yönünü Qarabağa çevirir” adlı verilişdə beynəlxalq aləmdə baş verən son proseslər fonunda bütün dünyada enerji mənbələrinə tələbatın kəskin artdığı qeyd edilib. Bu kanalın verilişlərində həmin mövzuya son vaxtlar çox toxunulduğunu xatırladan aparıcı məqsədin regionda baş verən proseslər barədə yapon ictimaiyyətini obyektiv məlumatlandırmaqdan ibarət olduğunu bildirib. Qeyd edib ki, hazırda Ukraynada baş verən hadisələr ötən əsrin 90-cı illərində ilk olaraq Qarabağda həyata keçirilib.

Verilişdə Azərbaycanın Yaponiya üçün dost bir ölkə olduğu, yaponların heç bir viza ödənişi etmədən bu ölkəyə səfər etməsinin mümkünlüyü diqqətə çatdırılır. Vurğulayır ki, Azərbaycana dəfələrlə etdiyi səfərlər, Yaponiyada yaşayan azərbaycanlılarla dostluq münasibətləri onu bu ölkə ilə sıx bağlayıb və o, yaponların regionda baş verən proseslər barədə obyektiv məlumatlar almasına çalışır. Cari ilin fevralında Azərbaycana, xüsusən də Qarabağ bölgəsinə səfəri barədə məlumat verən K.İşida həmin səfərdə iştirak edən jurnalistlərlə birlikdə buradakı həqiqətləri öz gözləri ilə gördüklərini bildirir. Qeyd edir ki, ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhalinin qətliamının 30-cu ildönümü ilə bağlı təşkil edilən səfər zamanı həmin hadisələrdə Rusiya qüvvələrinin iştirakı barədə də məlumatlar əldə edib. Vurğulayır ki, bu gün Ukraynada dinc əhaliyə qarşı həyata keçirilən qırğınlar 1992-ci ilin fevralında Xocalıda baş verənlərin təkrarıdır.

Verilişdə 2020-ci il Vətən müharibəsi və Azərbaycanın 30 ilə yaxın bir dövrdə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi barədə də məlumat verilir. Qeyd edilir ki, həmin vaxt və sonralar imzalanan üçtərəfli bəyanatlara və digər sənədlərə baxmayaraq, Ermənistan atəşkəs rejimini pozmaqda davam edir. Vurğulanır ki, regionun dinc inkişafı, əhalinin firavan yaşayışı üçün Ermənistan müharibənin bitdiyini anlamalıdır. Qarşıdurmanın davam etməsi Avropa üçün də ciddi problemlər yarada bilər. Qarabağda sülh Avropanın enerji təhlükəsizliyi üçün zəruridir.

Enerji təhlükəsizliyini təmin etmək üçün Avropanın həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi ilə intensiv əlaqələr saxladığı, iki ölkə liderlərinin son vaxtlar Avropada görüşlərinin təşkilinin intensiv xarakter aldığı qeyd edilir.

Bildirilir ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Cənub Qaz Dəhlizi ilə enerji mənbələrini dünya bazarına ötürən və zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan artıq Avropada etibarlı tərəfdaş kimi çox yaxşı tanınıb. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsi, həm də ölkəmizin böyük nüfuz qazanmasına səbəb olub. Eyni zamanda, uğurlu xarici siyasət yeridən Prezident İlham Əliyevin səyləri nəticəsində Mərkəzi Asiyada yerləşən Qazaxıstan və Türkmənistan kimi zəngin enerji ehtiyatlarına malik olan ölkələr də öz enerji ehtiyatlarını Azərbaycan üzərindən Avropaya nəql etmək barədə qərar qəbul ediblər.

Məhz bunun nəticəsində Azərbaycanın Avropa ölkələrinin enerji təminatında rolunun kəskin artdığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycan “Şahdəniz” yatağından çıxarılan qazın hasilatını artırmağı da nəzərdə tutur və bu, Avropa ölkələrinin enerji təminatında xüsusi rol oynayacaq.

Verilişdə bu siyasətin bir sıra ölkələr, xüsusən də Azərbaycan torpaqlarını 30 ilə yaxın bir müddətdə işğal altında saxlamış Ermənistan tərəfindən böyük qısqanclıqla qarşılandığı xüsusi vurğulanır. Qeyd edilir ki, belə mühüm beynəlxalq layihələrin qarşısını almağa çalışan Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədərək qarşıdurma yaratmağa və üçüncü ölkələri münaqişəyə cəlb etməyə çalışır. Vurğulanır ki, Avropa ölkələri mühüm kəmərlərin keçdiyi əraziləri qorumaq üçün Qarabağ məsələsini birdəfəlik həll etməyə köməklik göstərməlidirlər. Bunun üçün erməni silahlılarının regionda fəaliyyətinə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmalıdır.

Qeyd edək ki, Yaponiyada populyarlığı ilə seçilən “Cross Border Club 3.0” yutub kanalının hazırda 122 mindən çox abunəçisi, 500 mindən artıq izləyicisi var.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

Yaponiyanın yutub kanalında Avropanın qaz tədarükündə Azərbaycanın rolu barədə veriliş yayımlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb