SİYASƏT


Yaponiyanın yutub kanalında Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan veriliş yayımlanıb VİDEO

Tokio, 18 oktyabr, AZƏRTAC

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” yutub kanalında Azərbaycanda müstəqilliyin bərpa edilməsinin 30-cu ildönümünə həsr olunmuş xüsusi veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı “Sərhədləri aşanlar 3.0” şirkətinin baş meneceri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycanın uğurlarından danışıblar. Qeyd edilib ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə böyük uğurlara imza atıb. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə uğurla həyata keçirilməsi Azərbaycanı yalnız regionun deyil, həm də bütün dünyanın nüfuzlu dövlətlərindən birinə çevirib. Uğurla həyata keçirilən qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri Azərbaycanın dünyanın aparıcı ölkələri ilə bərabərsəviyyəli, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına təkan verib.

Verilişdə Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, ötən ilin dekabrında istifadəyə verilmiş TAP boru kəməri xəttinin Avropanın enerji təminatında mühüm rolu xüsusi qeyd edilib.

Ötən ilin sentyabrında başlamış Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Qələbə qazandığı verilişdə xüsusi vurğulanıb. Bildirilib ki, bütün dünyanın heyran qaldığı 44 günlük müharibə nəticəsində Ermənistanın işğalından azad edilən ərazilərdə hazırda bərpa və quruculuq işləri böyük sürətlə davam etdirilir. Azərbaycan dost ölkələrin, o cümlədən Yaponiyanın şirkətləri ilə birlikdə burada ağıllı şəhər və kəndlərin salınması işlərinə start verib.

Verilişdə ötən 30 ildə Azərbaycanın artıq bütün dünyada yalnız iqtisadi cəhətdən inkişaf etmiş dövlət deyil, həmçinin mühüm beynəlxalq tədbirlərin reallaşdırıldığı məkana çevrildiyi də qeyd olunub. Tamaşaçılara K.İşidanın Tokioda nəşr edilən və Azərbaycanın uğurlarından bəhs edən kitabı barədə də məlumat verilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.