DÜNYA


Yaponiyanın zondu Ryuqu asteroidinə daha bir robot-tədqiqatçı göndərib

Bakı, 3 oktyabr, AZƏRTAC

MASCOT robot-tədqiqatçı Yaponiyanın “Hayabusa-2” zondundan ayrılıb və Yer planetindən 280 milyon kilometr məsafədə yerləşən Ryuqu asteroidinə doğru irəliləyib. Bu barədə Yaponiya Fəza Tədqiqatları Agentliyi məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Fransa və Almaniya alimlərinin birgə hazırladığı kiçik android kub formasında olub, təqribən 10 kiloqram ağırlığındadır. Robot geniş kamera, asteroid süxurunu tədqiq etmək üçün mikroskop, habelə temperaturu və maqnit sahəni ölçmək üçün cihazla təchiz olunub.

Xatırladaq ki, sentyabrın sonunda Yaponiya Fəza Tədqiqatları Agentliyinin Ryuqu asteroidinə göndərdiyi iki robot-tədqiqatçı daş relyefin fotoşəkillərini çəkiblər. MASCOT Ryuqunun digər hissəsində tədqiqat aparmalıdır ki, yapon mütəxəssislər sonra “Hayabusa-2” zondunun enişini dəqiq müəyyənləşdirsinlər.

Yer və Mars arasında yerləşən Ryuqunun diametri təxminən 900 metrdir. “Hayabusa-2” zondu asteroidə 2014-cü ilin sonunda Yaponiyanın Taneqaşima adasındakı kosmodromdan göndərilib. Alimlər asteroiddə su və üzvi maddələr tapmağa ümid bəsləyirlər ki, bu Kainatda həyatın yayılması sirrini açmağa kömək edəcək. Bu nəzəriyyəni təsdiq və ya təkzib etmək məqsədilə zond asteroidə üç dəfə eniş etməli və 2020-ci ildə Yerə qayıtmalıdır.

“Hayabusa-2” zondunun kütləsi təxminən 600 kiloqramdır və bundan əvvəlki “Sokol” zondunun modifikasiya edilmiş təsirini bağışlayır. Həmin zond 2003-cü ildə Yerdən 336,5 milyon kilometr məsafədə yerləşən İtokava asteroidinə getmişdi. Zond yeddi il ərzində 6 milyard kilometr məsafə qət edib. Bu, eyni zamanda, bəşəriyyət tarixində ən davamlı səyahət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.