DÜNYA


Yaponiyaya “Moderna” peyvəndinin ilk partiyası gətirilib

Tokio, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Yaponiyaya ABŞ-ın “Moderna” biotexnoloji şirkəti tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə istehsal edilən peyvəndin ilk partiyası gətirilib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Belçikadan gələn və göyərtəsində şüşə qablarda yerləşdirilmiş peyvənd olan təyyarə səhər saatlarında Yaponiyanın qərbində yerləşən beynəlxalq “Kansay” aeroportuna enib.

Bildirilir ki, Yaponiya gələn ay bu peyvəndin daha bir neçə partiyasının ölkəyə gətirilməsini gözləyir. Qeyd edilir ki, Yaponiya Səhiyyə Nazirliyi tərəfindən hələ təsdiqlənməyən peyvənd anbarda saxlanılacaq.

Buna baxmayaraq, Yaponiya hökumətinin 50 milyon doza həmin peyvənddən sifariş etdiyi də bildirilir.

Həmçinin, “Moderna” şirkətinin istehsal etdiyi peyvəndi Yaponiyada yayacaq “Takeda Pharmaceutical” şirkətinin martda peyvəndin istifadəsinə icazə vermək xahişi ilə müraciət etdiyi də qeyd edilir.

Hökumət həmin peyvənddən Tokio və Osaka şəhərlərindəki məntəqələrdə istifadə etməyi planlaşdırır.

Yaponiyanın səhiyyə naziri Tamura Norihisa bildirib ki, hazırda bu peyvəndin sınaqları davam edir və başa çatan kimi ümumi istifadəyə çıxarılacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.