REGİONLAR


Yaponiyaya səfərə gedəcək məktəblilərlə görüş keçirilib

İsmayıllı, 1 Avqust, AZƏRTAC

İsmayıllı rayon İcra Hakimiyyətində Yaponiyanın İto şəhərinə səfərə gedəcək məktəblilərlə görüş olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında imzalanan Dostluq münasibətləri haqqında sazişə əsasən, hər il belə qarşılıqlı səfərlər təşkil olunur. Qeyd edək ki, bu il Gündoğar ölkədə keçiriləcək festivalda iştirak etmək üçün İsmayıllı şəhər 6 saylı tam orta məktəbin ingilis dili müəllimi Leyla Əzimovanın rəhbərliyi ilə X sinif şagirdləri Nilufər Məmmədli və Şəfəq Qasımova avqustun 1-də yola düşəcəklər.

Rayon icra hakimiyyətinin konfrans zalında keçirilən görüşdə icra başçısı Mirdaməd Sadıqov ilk növbədə yüksək nailiyyətlərə, uğurlara görə 6 saylı tam orta məktəbin pedaqoji kollektivinə təşəkkür edib, ümumilikdə İsmayıllı müəllimlərinin fəaliyyətindən razı qaldığını bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısının nəticəsində ümumtəhsil məktəblərimizin müvəffəqiyyətləri ildən-ilə artır, beynəlxalq əlaqələri genişlənir, şagirdlər vətənpərvər ruhda yetişirlər.

Görüşdə məktəblilərə səfəri səmərəli keçirmək, Yaponiya və xalqı barədə geniş bilgilər əldə etmək, habelə Azərbaycan və azərbaycanlılar, milli adət-ənənələrimiz haqqında həmyaşıdlarını məlumatlandırmaq tövsiyə edilib. Bu səfərin İsmayıllı və İto şəhərləri arasında dostluq münasibətlərinə və qarşılıqlı əlaqələrə yeni töhfələr verəcəyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.