DÜNYA


Yaponların əksəriyyəti tezliklə Yaponiya-Şimali Koreya sammitinin keçirilməsini dəstəkləyir

Tokio, 10 oktyabr, AZƏRTAC 

NHK telekanalının keçirdiyi sorğunun nəticələrinə görə, yaponların əksəriyyəti Yaponiyanın Baş naziri Şinzo Abenin Şimali Koreyanın lideri Kim Çen In ilə görüşünün tezliklə təşkilini məqəsədəuyğun hesab edir.

AZƏRTAC xəbər verir ki, NHK telekanalının oktyabrın 6-da keçirdiyi sorğuda 18 yaşdan yuxarı 2100 nəfərin iştirakı nəzərdə tutulsa da, onların 59 faizi sorğunun suallarını cavablandırmağa razılıq verib.

Respondentlərdən Yaponiya və Şimali Koreya sammitinin keçirilməsinin məqsədəuyğunluğu barədə suala cavab vermələri xahiş olunub.

Sorğuda iştirak edənlərin 55 faizi həmin sammitin tezliklə keçirilməsinə tərəfdar olduqlarını bildirdikləri halda, 19 faizi tələsməyə ehtiyac olmadığını bildiriblər. Respondentlərin 18 faizi bu barədə heç bir fikrə malik olmadıqlarını deyiblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.