Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Yaqub Mahmudov erməni vandalizmi ilə bağlı real faktları açıqlayıb

Bakı, 15 sentyabr, AZƏRTAC 

Azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə çoxsaylı soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda, minlərlə tarixi abidələri, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə yeksan etmiş, tarixi adlara qarşı da soyqırımı törətmişlər.

Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. O bildirib ki, erməni millətçilərinin indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib.

İlk mənbələr, o cümlədən arxiv sənədləri indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə - Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan (1918) dərhal sonra Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanıldığını sübut edir. 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə daxili işlər nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılmışdı. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycan toponimlərinin erməniləşdirilməsi prosesi davam etdirilib. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin adları dəyişdirilib. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilib. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 Azərbaycan yaşayış məskəninin adları dəyişdirilib. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 1991-ci il 8 avqust tarixli fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 2006-cı il 4 iyul tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilib.

Ermənistan ərazisində çay, göl və dağ adlarının dəyişdirilməsi prosesi sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilib. Məsələn, Göycə gölü “Sevan”, Zəngi çayı “Hrazdan”, ArpaçayAxuryan”, Ələyəz dağıAraqats”, İşıxlı dağıİşxanasar”, Ağbaba dağıQukasyan”, Dərəçiçək yaylağıTsaxkadzor” adlandırılıb. Bundan başqa, uzun tarixi dövr ərzində “Valarşahabad” kimi işlənən toponim erməni ədəbiyyatında təhrif olunaraq “Vağarşabad” formasına salınıb. Erməni dilində heç bir izahı olmayan Valarşahabad toponimi Arşakilər sülaləsindən olan Sanatürkün oğlu Valar şahın adı ilə bağlıdır.

Azərbaycan toponimlərinin erməniləşdirilməsi əsasən aşağıdakı qaydada həyata keçirilib:

1) İlk növbədə azərbaycanlıların soykökü, onların tarixi keçmişi ilə bağlı olan yaşayış məskənlərinin adlarının dəyişdirilməsinə xüsusi diqqət yetirilib. Məsələn, Bayandur - Vağadur, Sərdarabad - Hoktember və s.

2) Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilib. Məsələn, Daşqala - Karaberd, Dərəçiçək - Tsaxkadzor və s.

3) Bəzi yaşayış məskənlərinin adları “beynəlmiləlçilik” pərdəsi altında dəyişdirilib. Məsələn, Sultanabad - Şurabad, Aşağı Necili - Sayat Nova və s.

4) Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişikliklə, ona oxşar, lakin erməniləşdirilmiş adla əvəz edilib. Məsələn, Ələyəz - Araqats, Gabud - Kapuyt və s.

5) “Yuxarı”, “Aşağı”, “Böyük”, “Kiçik” sözləri ilə başlanan Azərbaycan yaşayış məntəqələrinin adlarında bu sözlər ermənicə, yəni müvafiq olaraq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində verilib. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Nerkin Zeyvə - Hartaşen, Mets Kəpənəkçi - Musaelyan və s.

Akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycanın tarixi yer adları ilə bağlı dövlətimizin başçısının xüsusi tapşırığı olub: “Biz bu tapşırığı yerinə yetirərək tanınmış tarixçi alim Nazim Mustafa ilə birlikdə “Vandalizm: tarixi adlara qarşı soyqırımı” kitabını ərsəyə gətirdik. İngilis və rus dillərinə tərcümə edilmiş bu kitabın mahiyyəti ondan ibarətdir ki, indiki Ermənistan deyilən respublikanın ərazisi tarixi Azərbaycan torpağıdır və yer adlarının hamısını dəyişdiriblər. Bu kitabda qədim Azərbaycan adları və onların ermənilər tərəfindən saxtalaşdırılmış variantları öz əksini tapıb. Həmçinin Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin adların dəyişdirilməsi ilə bağlı fərmanları da bu kitabda verilib. Tarix İnstitutu “Vandalizm: tarixi adlara qarşı soyqırımı” kitabını yenidən nəşr edəcək. Yeni nəşrə çar Rusiyası işğalları dövründə çar generallarının, hərbi topoqrafların yaratdığı xəritələr və Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonlarındakı tarixi adların kütləvi surətdə dəyişdirilməsi ilə bağlı faktlar əlavə olunacaq”.

İlk mənbələr təsdiq edir ki, müasir Ermənistan Respublikasının ərazisi ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olub. Bu ərazi sonrakı tarixi dövrlərdə də Azərbaycan sülalələri olan Sacilər, Salarilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarların idarə etdikləri Azərbaycan dövlətlərinin tərkibində olub. Orta əsrlərdə Azərbaycan hakimləri olan Çuxursəd əmirləri və İrəvan xanlarının idarə etdikləri bu torpaqlar həm də Oğuz xaqandan başlayaraq Azərbaycan-türk tayfalarının elliklə və ən sıx şəkildə yaşadığı regionlardan biri idi.

Akademik vurğulayıb ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin adı indiyədək iki dəfə dəyişdirilib. Birinci dəfə çar Rusiyasının işğalından sonra 1828-ci ildə Erivan (Эривань), ikinci dəfə isə 1936-cı ildə ermənilər tərəfindən dəyişdirilərək Yerevan (Ереван) adlandırılıb. Erməni tarixçiləri hazırda Yerevan adlandırdıqları şəhərin adını Urartu çarı I Argiştinin dövründə - eradan əvvəl 782-ci ildə salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi istehkam məqsədilə inşa edilib və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmayıb. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan heç bir əlaqəsi olmayıb.

Erməni vandalları keçmiş İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində Azərbaycan xalqına məxsus 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır.

Prezident İlham Əliyev Qarabağda ermənilərə aid heç bir tarixi irs olmadığını dəfələrlə bəyan edib: “Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb”.

Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq, Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir. Erməni təcavüzkarları keçmiş İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yerlərdə olduğu kimi işğal etdikləri Qarabağdakı Azərbaycan toponimlərini də erməniləşdirirlər. Qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) Ali Soveti Rəyasət Heyətinin qərarlarına əsasən, işğal olunmuş ərazilərdə yeni inzibati-ərazi vahidləri yaradılır və “tarixi adların qaytarılması” adı altında toponimlər dəyişdirilir. Qondarma “DQR”in Ali Sovetinin 1993-cü il 2 dekabr tarixli qərarına əsasən, işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılıb və rayon mərkəzi kimi, Laçın şəhərinin adı dəyişdirilərək “Berdzor” adlandırılıb. İndiyədək qondarma “DQR” parlamentinin qərarları ilə 120-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilib. Ağdam şəhəriAkn”, Füzuli şəhəriVaranda”, Zəngilan şəhəriKovsakan”, Qubadlı şəhəriSanasar”, Kəlbəcər şəhəriKarvacar”, Cəbrayıl şəhəri “Crakan” adlandırılıb. Dünyanın gözü qarşısında soyqırıma məruz qoyulan Xocalı şəhəri isə onun işğal planını hazırlayan general X.İvanyanın adı ilə “İvanyan” adlandırılıb.

“Müasir vandallar unudurlar ki, Dağlıq Qarabağ düyünü sülh yolu ilə açılmazsa, Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş heykəllərini Şuşaya – Qarabağa təcavüzkarlar üzərində zəfər çalmış Azərbaycan xalqının özü qaytarıb aparacaqdır. O gün gələcək! O gün uzaqda deyil!” – deyə akademik Yaqub Mahmudov qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəliblər

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb