MƏDƏNİYYƏT


Yaqub Öməroğlu: Abay Kunanbayev bütün türk xalqlarının həmişəyaşar yaradıcılıq abidəsi

Ankara, 10 avqust, AZƏRTAC

Görkəmli qazax şairi Abay Kunanbayev bütün türk xalqlarının həmişəyaşar yaradıcılıq abidəsi, hər zaman qəlbimizdə yeri olacaq tarixi şəxsiyyətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu (AYB) söyləyib.

Abay Kunanbayevin anadan olmasının 175 illiyinə və haqqında yazılan kitabın təqdimatına həsr olunan konfransın səmərəli başa çatdığını diqqətə çatdıran Yaqub Öməroğlu deyib: “Ümummilli lider Heydər Əliyev hər zaman Abay Kunanbayevin şəxsiyyətinə ehtiram göstərib. Şairi qazax xalqının fəxri və xoşbəxtliyi adlandıran Ulu Öndərin böyük şairin anadan olmasının 150 illiyi münasibətilə təşkil olunan yubiley mərasimindəki çıxışı təkcə qazax ictimaiyyəti tərəfindən deyil, bütün türk dünyasında böyük məhəbbətlə qarşılanıb”.

Qeyd edək ki, iyulun 10-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Qazaxıstanın Azərbaycandakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və Dövlət Pedaqoji Universiteti birgə nəşr etdikləri görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə “TÜRKSOY Kitabxanası” seriyasından professor Elman Quliyevin “Abay Kunanbayev” kitabının təqdimatına həsr olunmuş videokonfrans keçirib. Videokonfrans Yaqub Öməroğlunun sədrliyi ilə keçirilib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.