SİYASƏT


Yaqub Öməroğlu: Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərərək dastan yaradıb VİDEO

Ankara, 17 noyabr, AZƏRTAC

Azərbaycanın zəfəri mübarək olsun. Qarabağ zəfəri tarixdə yüzilliyin böyük hadisədir. Bu Qələbə Qafqaz regionuna yeni həyat gətirəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri Yaqub Öməroğlu ifadə edib.

Qazanılan möhtəşəm Qələbə münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, şanlı Ordumuzu və xalqımızı təbrik edən AYB-nin sədri deyib: “Bu zəfəri və Qələbənin yaratdığı sülhü məmnunluqla qarşılayırıq. Avrasiya Yazıçılar Birliyi olaraq hər an Azərbaycanın yanında olduq. “Qardaş qələmlər” jurnalımızın bir nömrəsini Qarabağın azadlığına həsr etdik. Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərərək hərb dastanı yaradıb. Bu parlaq Qələbə barədə əsərlər yazmaqla Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.