MƏDƏNİYYƏT


Yaqub Öməroğlu: “Nizami Gəncəvi İli” mütəfəkkir şairin daha geniş miqyasda tanıtdırılmasına böyük imkanlar yaradacaq VİDEO

Ankara, 8 yanvar, AZƏRTAC

Nizami Gəncəvi fəlsəfəmizi dünyaya çatdıran, dünyada yeni bir fəlsəfə quran, sadəcə Azərbaycan və türk dünyası üçün deyil, Avropa və bütün dünya üçün yeni bir yol açan böyük şairdir. Bu ilin “Nizami Gəncəvi İli” olması biz yazıçı və şairlər üçün olduqca sevinclidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri Yaqub Öməroğlu ifadə edib.

Nizami Gəncəvi yaradıcılığının hər zaman diqqətdə olduğunu xatırladan AYB-in sədri Yaqub Öməroğlu əminliklə deyib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması mütəfəkkir şairin şəxsiyyətinin və bənzərsiz əsərlərinin daha geniş miqyasda tanıtdırılmasına böyük imkanlar yaradacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.