SİYASƏT
Yaqub Öməroğlu: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərində ən böyük zirvədir VİDEO
Ankara, 15 iyun, AZƏRTAC
Bir il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərində ən böyük zirvədir. Bu Bəyannamə özündə bir sıra tarixi mənəvi dəyərləri ehtiva edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin sədri, yazıçı-publisist Yaqub Öməroğlu söyləyib.
Şuşa Bəyannaməsinin 15 İyun - Milli Qurtuluş Günü imzalanmasını iki qardaş ölkənin qurtuluş tarixinə verilən ortaq dəyər kimi qiymətləndirən yazıçı-publisist Yaqub Öməroğlu əminliklə bildirib ki, qədim Şuşa şəhəri təkcə Azərbaycan və Türkiyənin deyil, bütün türk dünyasının mədəni inteqrasiyasına, birlik və həmrəyliyinə böyük töhfələr verəcək. Artıq bu istiqamətdə bir sıra möhtəşəm işlərin şahidi olmuşuq. 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa böyük bir fərasətlə bu layihəyə ev sahibliyi edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara