CƏMİYYƏT


Yaqut Qarayeva: Çimərliklərin və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər müzakirə mərhələsindədir

Bakı, 31 iyul, AZƏRTAC

Biz ümid edirdik ki, orduya dəstək yürüşündən sonra koronavirusa yoluxanların sayında artım baş verməyəcək. Hazırda yoluxanların sayı stabildir. Bu stabilliyin davam etməsi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən virtual mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, məktəblərin, uşaq bağçalarının açılması məsələsi Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı missiya üzvləri ilə müzakirə olunub. Bu barədə ölkə və vətəndaşlar üçün ən doğru qərar qəbul ediləcək. Çimərliklərin və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər isə müzakirə mərhələsindədir. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.