CƏMİYYƏT


Yaqut Qarayeva: Dekabr ərzində COVID-19-a yoluxma faktı 59, xəstəlikdən ölüm halı 39 faiz azalıb

Bakı, 28 dekabr, AZƏRTAC

İki il ərzində ölkə ərazisində COVID-19-un müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlər arasında müsbət pay daha çox ötən ilin noyabr-dekabr aylarında qeydə alınıb. Son üç ay arasında isə bu göstərici noyabr ayında qeydə alınıb və 21 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayevanın sözlərinə görə, dekabr ayında COVID-19-a yoluxma hallarında ciddi azalma qeydə alınıb: "Testlər arasında pozitiv nəticə payı 4-5 faizdir. Dekabrın birinci həftəsi ilə sonuncu həftəsini müqayisə etsək, görərik ki, yoluxma faktları 59, ölüm halları isə 39 faiz azalıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.