CƏMİYYƏT


Yaqut Qarayeva: Hazırda reanimasiya şöbələrində koronavirusla əlaqədar 113 xəstə müalicə alır

Bakı, 16 oktyabr, AZƏRTAC 

Son zamanlar dünyada COVID-19-a yoluxma hallarında ciddi artım müşahidə olunur. Xüsusilə Avropa ölkələrində, Azərbaycanla qonşu ölkələrdə yoluxmanın kəskin artımı nəticəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq olunmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.

O, həmçinin deyib: “Hazırda dünyada 38 milyondan çox təsdiqlənmiş koronavirus xəstəsi var. Ölüm sayı isə 1 milyonu keçib. Ölkəmizdəki vəziyyətə gəlincə isə, dünən yoluxma sayı 530-a çatıb. Bu, avqustun əvvəllərindən bəri gördüyümüz ən böyük rəqəmdir. Hazırda reanimasiya şöbələrində koronavirusla əlaqədar 113 xəstə müalicə alır, onlardan 16-sı süni tənəffüs cihazına qoşulub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.