CƏMİYYƏT


Yaqut Qarayeva: Kiçik kafelər və açıq havada fəaliyyət göstərən restoranların açılması ilə bağlı məsələlər müzakirə edilir

Bakı, 3 avqust, AZƏRTAC

Kiçik kafelər və açıq havada fəaliyyət göstərən restoranların açılması ilə bağlı məsələlər müzakirə edilir.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

“Qida qəbul edən zaman məsafəni saxlamaqda çətinlik yaranır və maskadan istifadə mümkün olmur. İndi qərara alınan yumşalma tədbirlərinin nəticələri analiz olunaraq bu məsələlər müzakirə olunacaq. Açılmalara mərhələli şəkildə getmək lazımdır. Birdən-birə açılmalar xoşagəlməz nəticələrə səbəb ola bilər”, - deyə Y.Qarayeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.