CƏMİYYƏT


Yaqut Qarayeva: Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik

Bakı, 16 yanvar, AZƏRTAC

Vaksin vurduran insan yaxınları üçün təhlükə yarada bilməz. Vaksin vurulan kimi insanı qorumur. Bu, ümumi vaksinasiya prinsipidir. Vaksinasiyadan bir müddət sonra orqanizmə yeridilmiş preparata qarşı anticisimlər, qoruyucu maddələr əmələ gəlməyə başlayır. Bu, vaksinasiya, yəni aktiv immunizasiyanın prinsipidir və həmişə belə olur.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

"Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik. Peyvənd iki dozadan ibarətdir. Birinci dozanı vurduran insanlar virusa yoluxsalar, xəstəliyi yüngül keçirərlər, vaksinin müəyyən qoruyuculuğu olsa da, tam istədiyimiz nəticəni almaya bilərik. Ona görə də çox diqqətli olmalıyıq. Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır. Vaksinasiyanın aparılması risk qrupunda olan, xəstəliyi ağır keçirən, ağırlaşıb reanimasiya və intensiv terapiya şöbələrinə düşən xəstələrin sayını azaltmaq üçün lazımdır. 70-80 faiz əhali bu xəstəliyi ayaqüstə keçirə bilər. Lakin ağır keçirən, xəstəxanaya, hospitalizasiyaya ehtiyac olan insanlar yetərincə olur, ona görə də biz qapanmalara getməli oluruq. Hər kəs öz məsuliyyətini başa düşməlidir. Bizim hədəflərimiz yaşlılar və xroniki xəstəliyi olanlardır”, - deyə Y.Qarayeva qeyd edib.

O, həmçinin bildirib: "Hər kəsə müraciət edərək xahiş edirəm ki, nəticələr yaxşı olsa da qorunma tədbirlərinə indiki şəkildə davam edək. Yeni qapanmalara getməmək üçün əlimizdən gələni edək ki, bu rejimdən çıxa bilək. Karantin rejiminə getməmək üçün bu gün yalnız vaksinasiya yetərli deyil. Hər kəs məsuliyyətini dərk edərək sanitar-gigiyenik qaydalara da əməl etməli, vaksinasiya strategiyasında nəzərdə tutulan risk qrupları mütləq olaraq, vaksinasiyaya cəlb olunmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.