CƏMİYYƏT


Yaqut Qarayeva: Sərt karantin rejiminin tətbiqi və ya açılmalara getmə ilə bağlı qərar verilərkən təkcə çarpayı fondunun boşluğu nəzərə alınmır

Bakı, 15 avqust, AZƏRTAC

Sərt karantin rejiminin tətbiqi və ya açılmalara getmə ilə bağlı qərar verilən zaman təkcə çarpayı fondunun boşluğunu nəzərə ala bilmərik. Burada bir çox önəmli məsələlər var. Həm xəstəliyin yoluxma sürəti, həm onun inkubasion dövrü, yəni 14 gün müddətini diqqətdə saxlamaq lazımdır. Bundan başqa, xəstəliyin ağırlıq dərəcəsi də nəzərə alınmalıdır. Yəni, yüngül və orta-ağır xəstələrin çarpayını tutması bir həftəyə qədər davam edərsə, ağır xəstələrdə bu müddət 2-3 həftə ola bilər. Bu, çarpayının doluluq faizinə təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. O, bildirib ki, dünyada belə qərarların qəbulu zamanı ən önəmli məqam reanimasiya çarpayılarının doluluğu və süni tənəffüs aparatında olan xəstələrin sayıdır: "Çünki reanimasiyaya düşən ağır vəziyyətdə olan xəstənin müalicə müddətinin nə qədər davam etməsi bilinmir. Bu, çox uzunmüddətli olur. Sadəcə adi, stasionar çarpayıların doluluğu ilə hansısa qapanma, yumşalma, karantinə getmə qərarları qəbul olunmur. Burada xüsusi modelləşdirilmiş statistik, çox ciddi alqoritmlər var. Onların daxilində xəstəliyin öz xüsusiyyətləri və əlimizdə olan fiziki imkanlarımız nəzərə alınır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.