CƏMİYYƏT


Yaqut Qarayeva: Tibb işçiləri hələ də iki cəbhədə mübarizə aparırlar VİDEO

Bakı, 19 noyabr, AZƏRTAC 

Hazırda dünyada koronavirusa yoluxanların sayı 56 milyonu keçib. Bir milyondan çox ölüm qeydə alınıb. Sağalanların sayı 39 milyondan çoxdur. Təəssüf ki, Azərbaycanda da gündəlik yoluxmalar iki mindən çoxdur. İyun-iyul aylarında yoluxma halları maksimum 600-ə bərabər idi. Səhiyyə sistemi yüklənmişdi və ciddi əziyyət çəkirdik. Hazırkı vəziyyətdə də səhiyyə sistemimiz yüklənib.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.

Y.Qarayeva ölkəmizdə koronavirusla mübarizə istiqamətində görülən işlərdən bəhs edib: "Ölkəmizdə koronavirusla mübarizə məqsədilə 10-dan çox modul tipli xəstəxana açılıb. Bir çox xəstəxana COVID xəstələrinə tibbi xidmət göstərmək üçün xüsusi avadanlıqlarla təchiz olunub. Tibb işçiləri xüsusi təlimlər keçib. Xarici ölkələrdən Azərbaycana istər qısa, istərsə də uzunmüddətli fəaliyyət göstərən tibbi mütəxəssislər gətirilib. Hər zaman qeyd etmişik ki, tibbi xidmətin keyfiyyəti bizim üçün əsasdır. Bütün bunlara baxmayaraq, belə tendensiya tibb sistemini yükləyir. Digər yandan, hələ də müharibədə yaralanan əsgərlərə tibbi xidmət göstərməyə davam edirik. Hələ də iki cəbhədə vuruşuruq. Cəmiyyətimizin köməyinə ehtiyacımız var. Hər kəsi müharibə zamanı göstərilən birliyi koronavirusla mübarizədə də göstərməyə səsləyirəm".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.