MƏDƏNİYYƏT


“Yaradan uşaqlar” layihəsi çərçivəsində “Mən həyatda olmayanda” kitabının təqdimatı olub

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Bakı Kitab Mərkəzində “YARADAN” Yaradıcılıq Birliyi “Yaradan uşaqlar” layihəsi çərçivəsində ərsəyə gəlmiş “Mən həyatda olmayanda” adlı kitabın təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin gənc iştirakçıları qonaqlarla fərqli ünsiyyət quraraq çox maraqlı interaktiv tamaşa göstəriblər. Uşaqlar öz hisslərini və emosiyalarını rəqslə və qonaqlarla interaktiv ünsiyyət vasitəsilə nümayiş etdiriblər. Uşaqların səmimi sualları tədbirdə xüsusi mühit yaradaraq qonaqların əsl mənada qəlblərinə toxunub, onlarda xoş təəssürat yaradıb.

Kitabda “YARADAN” Yaradıcılıq Birliyinin iştirakçıları - həm uşaqlar, həm də böyüklər “Mən həyatda olmayanda” mövzusunda öz fikirlərini bölüşürlər. Kitabda, həmçinin “Yaradan uşaqlar”ın foto və rəsmləri əks olunub.

Layihənin əsas fəaliyyət istiqaməti 12-16 yaşarası uşaqların, o cümlədən kimsəsiz uşaqların bacarıqlarını aşkarlamaq, onları inkişaf etdirmək üçün şərait yaradılmasından ibarətdir. Layihədə 12 uşaq, 15 böyük iştirak edir və onların hamısı könüllüdür. Bütün layihə iştirakçılarını mənəvi dəyərlərin üstünlüyü ideyası, xeyirxahlığa, gözəlliyə, həyata və insanlara olan sevgi birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.