MƏDƏNİYYƏT


“Yaradanlar” filmi mükafata layiq görülüb

Bakı, 14 oktyabr, AZƏRTAC

Rejissor Şamil Əliyevin “Yaradanlar” bədii-sənədli filmi beynəlxalq film festivalında (Florida, ABŞ avqust – sentyabr 2021) münsiflər tərəfindən “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, “Yaradanlar” bədii-sənədli filmi görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir.

Qeyd edək ki, “Yaradanlar” filmi 2020-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında istehsal olunub. Filmin ideya müəllifi Elbay Qasımzadə, ssenari müəllifi Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.