MƏDƏNİYYƏT
“Yaradanlar və yaşadanlar” layihəsinin növbəti tədbiri Xalq şairi Nəbi Xəzriyə həsr olunub
Bakı, 14 fevral, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində növbəti konsert Xalq şairi, nasir, dramaturq Nəbi Xəzrinin yaradıcılığına həsr olunub. Konsert çərçivəsində respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə bir-birindən parlaq ifalar səsləndirilib.
İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib. Konsertin aparıcısı Əməkdar artist Rəşad İlyasov olub.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirdiyi möhtəşəm yaradıcılıq layihələri davam edir.