MƏDƏNİYYƏT


“Yaradıcı oxucularımız” layihəsi davam edir

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində şair və yazıçılar tərəfindən əsərlər təqdim olunur.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihəyə dəstək olan və mütəmadi olaraq əsərlərini kitabxanaya təqdim edən şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu Esmira Günəş şəhidlərlə bağlı şeirlər qələmə alıb. Şair “Tökülən qanına qurban, şəhidim”, “Qaysaq bağlamır yaram” və “Şəhidin yuxusu” adlı şeirlərini kitabxanaya təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.