MƏDƏNİYYƏT


“Yaradıcı oxucularımız” silsiləsindən növbəti kitab

Bakı, 12 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mirzə Şəfi Vazeh adına mərkəzi kitabxananın oxucusu, yazıçı-publisist Zöhrə Əsgərovanın Novruz bayramı ərəfəsində uşaqlar üçün yazılmış “Burdan mələk ötüb” (“Здесь ангел пролeтел”) kitabı çapa hazırlanır.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitab yazıçı Zöhrə Əsgərovanın M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası ilə birgə layihəsi əsasında nəşr edilir.

Kitab mövzu baxımından maraqlı və rəngarəng olacaq. Burada “Asteroiddən gələn məktublar”, “Səfeh maralın sərgüzəştləri”, “Ağıllı tutuquşu” və s. hekayələr müxtəlif yaşda olan uşaqlar üçün nəzərdə tutulub. Uşaqların nəcib, xeyirxah vətəndaş kimi formalaşmasında onlara istiqamət verən yaşlı nəslin də ailədə, cəmiyyətdə fəal iştirakı öz əksini tapıb. Müəllif dünya xalqlarının nağıllarına, dünya ədəbiyyatına müraciət etməklə, tərbiyəvi əhəmiyyət daşıyan mövzuların bu gün də aktual olduğunu nəzərə çatdırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.