CƏMİYYƏT


Yardımlı rayonunda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon sakini A.Təhməzova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyənləşdirilib və onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılması təmin olunub.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsinin istintaq qrupunda araşdırma aparılır.

Qeyd edək ki, A.Təhməzov tibb işçisidir və Yardımlı Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində feldşer işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.