REGİONLAR


Yardımlıda 13325 nəfərə ünvanlı dövlət sosial yardımı təyin olunub

Yardımlıda 13325 nəfərə ünvanlı dövlət sosial yardımı təyin olunub

Yardımlı, 26 may, İlkin Adıyev, AZƏRTAC

Cari ilin aprel ayının 1-i vəziyyətinə Yardımlı rayonu üzrə pensiyaçıların ümumi sayı 6212 nəfər, təyin olunmuş aylıq pensiyaların orta məbləği 337,26 manat təşkil edib.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən bildiriblər.

Qeyd edilən tarixə ünvanlı dövlət sosial yardım alan ailə üzvlərinin sayı 13325 nəfər, 1 nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği isə 96,67 manatdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.