REGİONLAR


Yardımlıda 1360 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub

Yardımlı, 6 may, AZƏRTAC

2022-ci ilin əvvəlinə Yardımlıda 7233 nəfər pensiyaçı qeydiyyatda olub. Bu, rayon əhalisinin 10,4 faizini təşkil edir.

Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, onlardan 3216 nəfəri yaşa görə, 3414 nəfəri əlilliyə görə, 603 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alır. Pensiyaçıların ümumi sayından 599 nəfəri müəssisə və təşkilatlarda işləyənlərdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləğində ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz artım qeydə alınıb.

Ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailələrin sayı 1360, həmin ailə üzvlərinin sayı 6651 nəfər, 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği isə 63,71 manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.