REGİONLAR


Yardımlıda 200 nəfər dövlət qulluğunda çalışır

Yardımlı, 8 aprel, Bağır Əliyev, AZƏRTAC

2020-ci ilin əvvəlində qəbul edilmiş statistik hesabatlara əsasən Yardımlı rayonunda 38 müəssisə və təşkilatda dövlət qulluqçularının ümumi sayı ştat cədvəli üzrə 204, faktiki sayı isə 200 nəfərdir. Onlardan 7 nəfəri qadınlardır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib.

O, bildirib ki, dövlət qulluqçularının 190 nəfəri 4-7-ci təsnifatları üzrə, 10 nəfəri isə dövlət qulluğunun yardımçı vəzifələrində işləyib. Onlardan 9 nəfəri 1 ilə qədər, 39 nəfər 1 ildən 5 ilə qədər, 40 nəfəri 5 ildən 10 ilə qədər, 26 nəfər 10 ildən 15 ilə qədər, 86 nəfər isə 15 il və daha çox qulluq stajına malikdir.

2019-cu ildə dövlət qulluqçularının rayon üzrə orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 562,5 manatdan 651,9 manatadək artıb. Onlardan inzibati vəzifələr üzrə rəhbər işçilərdə 782,1 manat, o cümlədən qadınlar üzrə 898,5 manat olub.

Bu il rayonda dövlət qulluğu üzrə 2 təşkilatda 4 vakant vəzifə qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.